Almaniya Azərbaycana kondisioner ixracını bərpa edib

Biznes
  • 27 may, 2022
  • 05:47
Almaniya Azərbaycana kondisioner ixracını bərpa edib

Bu ilin birinci rübündə Azərbaycana 10 milyon ABŞ dolları dəyərində 28 min 779 ədəd kondisioner gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 83,5 % çoxdur.

Çindən 7,34 milyon ABŞ dolları dəyərində 23 min 365 ədəd, Tailanddan 2,41 milyon ABŞ dolları dəyərində 4 min 849 ədəd, Böyük Britaniyadan 108,28 min ABŞ dolları dəyərində 251 ədəd, Yaponiyadan 47,24 min ABŞ dolları dəyərində 81 ədəd, Özbəkistandan 46,94 min ABŞ dolları dəyərində 193 ədəd məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Çindən idxal müvafiq olaraq 2,7 dəfə və 2,4 dəfə artıb, Tailanddan – 4,8 dəfə və 3 dəfə artıb, Böyük Britaniyadan – 3,2 dəfə azalıb və 2 dəfə artıb, Yaponiyadan – 10 dəfə və 27 dəfə artıb, Özbəkistandan – 17 dəfə və 20 dəfə azalıb.

İki il 9 aylıq fasilənin ardından Almaniyadan tədarük bərpa edilib. Bu ölkədən 0,56 min ABŞ dolları dəyərində 3 ədəd kondisioner alınıb.

44 - Tezliklə