Ağdam Sənaye Parkında Rusiya kapitalının iştirakı ilə müəssisə yaradılır

Ağdam Sənaye Parkında Rusiya kapitalının iştirakı ilə müəssisə yaradılır Azərbaycanın "Rail Trans Service" şirkəti və Rusiyanın 1520 Şirkətlər Qrupu Ağdam Sənaye Parkının ərazisində dəmiryolu avtomatlaşdırma və telemexanika sistemlərinin layihələndirilməsi, qurulması və tətbiqi ilə məşğul olacaq birgə müəssisə yaradacaq.
Biznes
4 Aprel , 2022 11:20
Ağdam Sənaye Parkında Rusiya kapitalının iştirakı ilə müəssisə yaradılır

Azərbaycanın "Rail Trans Service" şirkəti və Rusiyanın 1520 Şirkətlər Qrupu Ağdam Sənaye Parkının ərazisində dəmiryolu avtomatlaşdırma və telemexanika sistemlərinin layihələndirilməsi, qurulması və tətbiqi ilə məşğul olacaq birgə müəssisə yaradacaq.

“Report” Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə istinadən xəbər verir ki, Rusiya şirkəti siqnalizasiya, mərkəzləşdirmə və bloklamanın qurulması üzrə qabaqcıl avtomatlaşdırma sistemləri sahəsində bilik və təcrübəsini Azərbaycan tərəfi ilə bölüşəcək.

Bundan başqa, bu sistemlərin Ağdam Sənaye Parkı ərazisində istehsalının təşkili üzrə işlər aparılacaq.

1520 Şirkətlər Qrupunun beynəlxalq layihələr üzrə Baş direktorunun müavini Dmitri Bolotskinin sözlərinə görə, bu, ən qısa zamanda Azərbaycanda müasir dəmiryolu avtomatlaşdırma sistemini yaratmağa imkan verəcək.

1520 Şirkətlər Qrupu artıq "Rail Trans Service" şirkəti ilə birlikdə Azərbaycanın dəmiryolunun Böyük Kəsik – Ucar hissəsinin siqnalizasiya, mərkəzləşdirmə və bloklamanın müasirləşdirilməsi üzrə layihəni tamamlayıb.Bu hissənin bütün stansiyalarında yeni dəmiryolu siqnalizasiyası qurğularında qatarların dəyişən cərəyanla hərəkətinə start verilib.

Xatırladaq ki, daha əvvəl şirkət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişçisi olduğu Astara-İran ilə dövlət sərhədi hissəsinin müasirləşdirilməsini həyata keçirib.

Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb. Parkda 30-dan çox rezidentin qeydiyyata alınması və 100 milyon manatdan çox investisiya qoyuluşu nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi