ABŞ-ın ticarət missiyası Azərbaycan və Gürcüstana səfər edəcək

ABŞ-ın ticarət missiyası Azərbaycan və Gürcüstana səfər edəcək Bu il aprelin 5-dən 10-dək ABŞ-ın Kommersiya Departamentinin sertifikatlaşdırılmış ticarət missiyası Azərbaycan və Gürcüstana səfər edəcək.
Biznes
30 Yanvar , 2020 15:27
ABŞ-ın ticarət missiyası Azərbaycan və Gürcüstana səfər edəcək

Bu il aprelin 5-dən 10-dək ABŞ-ın Kommersiya Departamentinin sertifikatlaşdırılmış ticarət missiyası Azərbaycan və Gürcüstana səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, səfərlə bağlı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatası və Amerika-Gürcüstan Biznes Şurasının birgə təşkilatçılığı ilə məlumatlandırıcı görüş keçirilib.

Görüşdə Azərbaycan və Gürcüstan bazarlarında Amerika biznesi üçün unikal imkanlar barədə məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov çıxışında Azərbaycanın böyük iqtisadi potensialı, biznes mühiti və həyata keçirilən sosial-iqtisadi islahatlar barədə danışıb.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Genadi Arveladze, öz növbəsində, ölkədəki əlverişli vergi mühiti, Avropa İttifaqı, MDB və Çinlə azad ticarət haqqında sazişlər barədə məlumat təqdim edib. 

Son xəbərlər

Orphus sistemi