Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, İslam Respublikası əleyhinə məhdudlaşdırıcı tədbirlər əsasən onun neft ixracına təsir göstərəcək.
Sanksiyalar barədə danışan ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı hazırkı sansksiyaların ən ağır sanksiyalar olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatına dağıdıcı təsir göstərməyə başlayıb.
“İranın milli valyutası bir il ərzində 70% amortizasiyaya məruz qalıb, oktyabr ayının göstəricinə görə ölkədə inflyasiya 37% olub”, - o deyib.
İran Prezidenti Həsən Ruhani də yeni sanksiyalara dərhal reaksiya verib. O bəyan edib ki, ölkəsi neft ixracını davam etdirəcək və rəsmi Vaşinqtonu “peşman edəcək".