ABŞ Azərbaycana qara kürü tədarükünü bərpa edib
- 18 aprel, 2022
- 09:02
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk iki ayında Azərbaycana xaricdən 271,91 min ABŞ dolları dəyərində 0,85 ton qara kürü (nərə balıqlarının kürüsü) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 33 % çoxdur.
Çindən 248,84 min ABŞ dolları dəyərində 0,82 ton, Amerika Birləşmiş Ştatlarından (ABŞ) 23,07 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alınıb.
2021-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Çindən idxal müvafiq olaraq 33 % və 30,2 % artıb. Birillik aradan sonra ABŞ-dan tədarük bərpa edilib.
Azərbaycan hesabat dövründə 27,02 min ABŞ dolları dəyərində 0,04 ton qara kürü ixrac edib. ABŞ-a 23,07 min ABŞ dolları dəyərində 0,03 ton, təyin olunmayan ölkəyə 3,95 min ABŞ dolları dəyərində 0,01 ton məhsul göndərilib. Ötən ilin müvafiq dövründə Azərbaycan xaricə qara kürü tədarük etməyib.