ABŞ Azərbaycana hibrid avtomobillərin ixracını 5 dəfədən çox artırıb

Biznes
  • 25 aprel, 2022
  • 10:36
ABŞ Azərbaycana hibrid avtomobillərin ixracını 5 dəfədən çox artırıb

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan 16,47 milyon ABŞ dolları dəyərində 2 min 032 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən (hibrid) nəqliyyat vasitələri gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 3,1 dəfə, kəmiyyət olaraq – 95 % artıb.

Hesabat dövründə Yaponiyadan 12,32 milyon ABŞ dolları dəyərində 1 min 874 ədəd, Amerika Birləşmiş Ştatlarından (ABŞ) 3,14 milyon ABŞ dolları dəyərində 111 ədəd, Almaniyadan 426 min ABŞ dolları dəyərində 12 ədəd, Türkiyədən 127,4 min ABŞ dolları dəyərində 6 ədəd, Koreyadan 122,3 min ABŞ dolları dəyərində 13 ədəd avtomobil alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Yaponiyadan tədarük müvafiq olaraq 2,9 dəfə və 88 % artıb, ABŞ-dan – 14,5 dəfə və 5,3 dəfə artıb, Almaniyadan – 74 % və 2,4 dəfə artıb, Koreyadan – 2,2 dəfə və 62,5 % artıb. Ötən ilin ilk iki ayında Türkiyədən hibrid avtomobilləri alınmayıb.

44 filmi