4SİM gələn il 200 min nəfərin təhsilinə dəstək verməyi planlaşdırır

4SİM gələn il 200 min nəfərin təhsilinə dəstək verməyi planlaşdırır İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) gələn il 200 min nəfərin təhsilinə dəstək verməyi planlaşdırır.
Biznes
10 Sentyabr , 2024 14:37
4SİM gələn il 200 min nəfərin təhsilinə dəstək verməyi planlaşdırır

İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) gələn il 200 min nəfərin təhsilinə dəstək verməyi planlaşdırır.

Report" xəbər verir ki, bunu qurumun icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.

"Peşə bacarıqlarının artırılması və mütəxəssislərin yenidən hazırlanması proqramı çərçivəsində əsas təşəbbüslərdən biri "Coursera" platformasının istifadəsidir. Son bir ildə biz 10 min nəfər üçün pulsuz onlayn təhsilin maliyyələşdirilməsini həyata keçirmişik. Gələn il məqsədimiz 200 min vətəndaşa təhsil imkanı yaratmaqdır və onlar üçün 8 mindən çox təhsil proqramı təklif olunacaq. Bu kursları "Google", "Meta", "Amazon" kimi iri şirkətlər və "Stanford", "Yale", "Miçiqan" kimi dünyanın aparıcı universitetləri təqdim edəcək. Onlar Azərbaycanın rəqəmsal kadr ehtiyatının formalaşdırılmasının bir hissəsi olacaq" - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi