4 ayda azad edilmiş ərazilərdə 736 milyon manatlıq məhsul istehsal edilib

4 ayda azad edilmiş ərazilərdə 736 milyon manatlıq məhsul istehsal edilib Bu ilin yanvar-aprel aylarında Azərbaycanın işğaldan azad edilmiş Yuxarı Qarabağ iqtisadi rayonunda 632,9 milyon manatlıq məhsul istehsal edilib.
Biznes
1 İyun , 2021 17:43
4 ayda azad edilmiş ərazilərdə 736 milyon manatlıq məhsul istehsal edilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın işğaldan azad edilmiş Yuxarı Qarabağ iqtisadi rayonunda 632,9 milyon manatlıq məhsul istehsal edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, həmin məbləğin 177,3 milyon manatı və yaxud 28%-i Ağdam, 173,05 milyon manatı və yaxud 27,3%-i Tərtər, 14,313 milyon manat və yaxud 2,3%-i Xocavənd, 28,6 milyon manatı və yaxud 4,5%-i Xocalı, 18,555 milyon manatı və yaxud 2,9%-i Şuşa,30 milyon manatı və yaxud 4,7%-i Cəbrayıl, 191 milyon manatı və yaxud 30,2%-i Füzulinin payına düşüb.

Bundan əlavə, 4 ay ərzində Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda 103,4 milyon manatlıq məhsul buraxılışı həyata keçirilib. Bunun isə 49,1 milyon manatı və yaxud 47,4%-i Kəlbəcər, 41,1 milyon manatı və yaxud 39,7%-i Laçın, 1,2 milyon manatı və yaxud 1,1%-i Zəngilan, 12,1 milyon manatı və yaxud 11,7%-i isə Qubadlının payına düşüb.

Beləliklə, 4 ayda azad edilmiş ərazilərdə 736,4 milyon manatlıq məhsul istehsal edilib.

Son xəbərlər

Orphus sistemi