Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin Bakıya səfərini təxirə salıb. Bu barədə "Report"a
Nazirlikdən bildirilib ki, gələn həftə Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılırdı: "Səfərin məqsədi Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması idi. Amma Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməyə görə gələn həftə Bakıya gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır.
Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyillərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik".