Xələf Xələfov: "Azərbaycan torpaqlarının işğalı insan hüquqlarının həyata keçirilməsində əsas maneələrdən biridir"

Xələf Xələfov: "Azərbaycan torpaqlarının işğalı insan hüquqlarının həyata keçirilməsində əsas maneələrdən biridir" "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxarıb"
Xarici siyasət
15 May , 2018 11:57
Xələf Xələfov: Azərbaycan torpaqlarının işğalı insan hüquqlarının həyata keçirilməsində əsas maneələrdən biridir
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov / Report
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ "Azərbaycan torpaqlarının işğalı insan hüquqlarının həyata keçirilməsində əsas maneələrdən biridir".

"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrədə İnsan Hüquqları Şurasının 30-cu iclasında Universal Dövri Hesabat çərçivəsində Azərbaycanla bağlı hesabatın müzakirəsi zamanı deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktları azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulmasına və işğal olunmuş ərazilərdə etnik təmizləmələrin aparılmasına gətirib çıxarıb. 

X.Xələfov vurğulayıb ki, bu işğal amili qaçqın və məcburi köçkünlərin hüquqlarını həyata keçirməsinə imkanı vermir, beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır.

Eyni zamanda, onun sözlərinə görə, ölkədə işsizlərin sosial müdafiəsi gücləndirilib, əmək bazarının yaxşılaşdırılması üçün əlverişli şərait yaradılıb, ixrac və investisiyaların təşviq mexanizmləri formalaşdırılıb.

Nazir müavini qeyd edib ki, 5 il ərzində Azərbaycanda ÜDM 1,1 dəfə, əhalinin gəlirləri isə 1,4 dəfə artıb. İşsizlik 5% səviyyəsindədir.

O xatırladıb ki, Davosda keçirilən Dünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətlilik reytinqində 35-ci yerə layiq görüb.

X.Xələfovun sözlərinə görə, Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədləri təşəbbüsündə iştirak edir, təhsil və səhiyyə sahələrinin inkişafı ilə bağlı işlər görülür. O qeyd edib ki, son illərdə Azərbaycanda 3 mindən artıq məktəb tikilib və yenidən bərpa edilib, müasir təhsil infrastrukturu yaradılıb, səhiyyə sahəsində maddi-texniki bazanın gücləndirilməsi işləri davam edir.

XİN başçısının müavini qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin davam etdirildiyini, 24 il ərzində bu məqsədlə təxminən 6,6 milyon manat ayrıldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi