Serbiyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Serbiyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb Bakı. 6 iyun. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici siyasət
6 İyun , 2018 14:43
Serbiyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Serbiya arasındakı əməkdaşlığın cari inkişaf səviyyəsindən və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə olunub.

E.Məmmədyarov səfir Neboyşa Rodiçin iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səylərini yüksək qiymətləndirib və onun səfir kimi fəaliyyəti dövründə Serbiyanın dövlət və hökumət başçıları, digər rəsmi şəxsləri və parlament nümayəndə heyətlərinin Azərbaycana olan intensiv səfərlərini xüsusilə qeyd edib.

Səfir Neboyşa Rodiç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Serbiya arasında tərəfdaşlığın inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb. 

E.Məmmədyarov səfir Neboyşa Rodiçə gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi