Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri üçqat artırmaq lazımdır"

Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri üçqat artırmaq lazımdır" "Münaqişələrin beynəlxalq səviyyədə qəbul edilən sərhədlər və ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli ən mühüm prinsiplərdən biridir"
Xarici siyasət
6 Sentyabr , 2017 13:04
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri üçqat artırmaq lazımdır
Report

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Münaqişələrin beynəlxalq səviyyədə qəbul edilən sərhədlər və ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli ən mühüm prinsiplərdən biridir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə və Gürcüstan XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən brifinqdə deyib.

Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan azərbaycanlı diplomat onu həll etmək üçün səylərini ikiqat və üçqat artırmağın vacibliyini vurğulayıb: "Burada beynəlxalq səylərin rolu çox vacibdir".

Öz növbəsində, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu münaqişənin ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin lazım olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi