Azərbaycan XİN Misirin baş prokuroruna qarşı törədilən terror aktını pisləyən bəyanat yayıb

Azərbaycan XİN Misirin baş prokuroruna qarşı törədilən terror aktını pisləyən bəyanat yayıb "Terrorçuluqdan əziyyət çəkən dövlət kimi Azərbaycan terrorun bütün forma və təzahürlərini qəti şəkildə qınayır"
Xarici siyasət
30 İyun , 2015 13:47
Azərbaycan XİN Misirin baş prokuroruna qarşı törədilən terror aktını pisləyən bəyanat yayıb

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Misirin baş prokuroru Hişam Bərəkata qarşı iyunun 29-da təşkil olunan terror aktını pisləyən bəyanat yayıb. 

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəyanatda terror aktı qəti şəkildə pislənilib: "Bu terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Bəyanatda qeyd olunub ki, terrorçuluqdan əziyyət çəkən dövlət kimi Azərbaycan terrorun bütün forma və təzahürlərini qəti şəkildə qınayır: "Terrorçuluğa qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik".

Son xəbərlər

Orphus sistemi