Yuxarı

Azərbaycan XİN Misirin baş prokuroruna qarşı törədilən terror aktını pisləyən bəyanat yayıb

Terrorçuluqdan əziyyət çəkən dövlət kimi Azərbaycan terrorun bütün forma və təzahürlərini qəti şəkildə qınayır

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Misirin baş prokuroru Hişam Bərəkata qarşı iyunun 29-da təşkil olunan terror aktını pisləyən bəyanat yayıb. 

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəyanatda terror aktı qəti şəkildə pislənilib: "Bu terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Bəyanatda qeyd olunub ki, terrorçuluqdan əziyyət çəkən dövlət kimi Azərbaycan terrorun bütün forma və təzahürlərini qəti şəkildə qınayır: "Terrorçuluğa qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi