Nazirlikdən Dilqəm Əsgərovun həyat yoldaşı ilə bağlı açıqlama

Nazirlikdən Dilqəm Əsgərovun həyat yoldaşı ilə bağlı açıqlama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri FazilTalıboverməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyi və ona pensiya ödənişinin dayandırılması il
Sosial müdafiə
1 Sentyabr , 2020 14:35
Nazirlikdən Dilqəm Əsgərovun həyat yoldaşı ilə bağlı açıqlama
0 : 00
0 : 00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyi və ona pensiya ödənişinin dayandırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Report" xəbər verir ki, nazirlik rəsmisi Firuzə Əsgərovanın əlilliyi və pensiya ödənişinin dayandırılmadığını qeyd edib.

O bildirib ki, F.Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilmişdi: "Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. F.Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir. Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkar olunduqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır".

Son xəbərlər

Orphus sistemi