Britaniyanın hərbi orkestrı Bakıda konsert proqramı ilə çıxış edəcək

Britaniyanın hərbi orkestrı Bakıda konsert proqramı ilə çıxış edəcək Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək
Mədəniyyət siyasəti
2 İyun , 2017 13:37
Britaniyanın hərbi orkestrı Bakıda konsert proqramı ilə çıxış edəcək

Bakı. 2 iyun. REPORT.AZ/ Böyük Britaniya Müdafiə Nazirliyini təmsil edən “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestrı Bakıda konsert proqramı ilə çıxış edəcək. 

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, iyunun 12-də “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestrı ilə Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrının birgə konserti təşkil olunacaq.

Konsert zamanı hər iki hərbi orkestrın qarşılıqlı olaraq millətlərimizə xas olan musiqi parçalarını ifa etmələri də planlaşdırılır.

Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. 

İyunun 13-də Fəvvarələr meydanında Böyük Britaniya Müdafiə Nazirliyini təmsil edən “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestrı ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrının açıq havada birgə konsert proqramı təşkil olunacaq. Konsert zamanı hər iki hərbi orkestrın qarşılıqlı olaraq millətlərimizə xas olan musiqi parçalarını ifa etmələri də planlaşdırılır. Konsert səhər saat 11:00-dan 13:00-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi