Bakı. 8 sentyabr. REPORT.AZ/ Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci Sessiyası keçiriləcək.
"Report" xəbər verir ki, sessiya sentyabrın 12-dən 17-dək olacaq.
Tədbirdə Azərbaycan
Qeyd edək ki, 2013-cü ildə BMÜTT Baş Assambleyasının 20-ci Sessiyası zamanı Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub. Bunun nəticəsi olaraq, Şuranın iclaslarında və məsələlərin müzakirəsində ölkəmiz səsvermə hüququ ilə iştirak etməyə başlayıb.