Bakı Nəqliyyat Agentliyindən "Tender" açıqlaması

Bakı Nəqliyyat Agentliyindən "Tender" açıqlaması Bakı Nəqliyyat Agentliyindən "Tender" açıqlaması
İnfrastruktur
8 İyul , 2020 15:06
Bakı Nəqliyyat Agentliyindən Tender açıqlaması

"Son günlər sosial şəbəkələrdə “Alpina Parking Consulting” MMC-nin Bakı Nəqliyyat Agentliyinin (BNA) keçirdiyi tenderin qalibi olması barədə müxtəlif fikirlər, mülahizələr bildirilir. Lakin əsaslı araşdırma aparılmadan yayılan fikirlər insanlarda müəyyən çaşqınlıq yaradır".

"Report" xəbər verir ki, bunu BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

"Bunu nəzərə alaraq bir neçə məqamı diqqətə çatdırım. Şəhər nəqliyyatının vacib komponenti olan parklanmanın düzgün idarə edilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına imkan yaradır.

Düzgün idarəçilik yerli biznes sahiblərinə, sakinlərə şəhərin ərazisindən effektiv istifadə etməyə dəstək göstərir, ictimai nəqliyyatdan istifadəyə marağı artırır. Ən əsası isə parklanmanın sərmayə yatırımları üçün cəlb ediciliyini daha da artırır.

Bu sahədə düzgün və şəffaf idarəçiliyin təşkili üçün beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Bu mənada yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətlə əməkdaşlıq faydalıdır.

Tenderin qalibi olan Alpina şirkəti isə bu sahədə böyük təcrübəyə malikdir. Bir az zaman sərf edib internet resurslarında araşdırma yetərlidir ki, şirkət barədə tam dolğun məlumat əldə edəsən.

"Alpina Parking Consulting" şirkəti 1997-ci ildə yaradılan "Alpina" şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi