Qazaxda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb - YENİLƏNİB

Qazaxda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb - YENİLƏNİB Ağır xəsarət alan piyada xəstəxanaya aparılan zaman yolda keçinib
Hadisə
25 Mart , 2018 10:08
Qazaxda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb - YENİLƏNİB

Qazax. 25 mart. REPORT.AZ/ Qazax rayonunda piyadanın ölümünə səbəb olaraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 2002-ci təvəllüdlü Vəliyev Məmməd Rövşən oğlu Birinci Şıxlı kəndi ərazisində yolu keçərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılan zaman yolda keçinib.

Hadisəni törədərək ərazidən uzaqlaşan 1986-cı il təvəllüdlü sürücü İbrahimov Ramin Həmid oğlu bir müddətdən sonra saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


***9:48

Qazax rayonunda məktəblini avtomobil vuraraq öldürüb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndi ərazisində baş verib.

Belə ki, Birinci Şıxlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, Məmməd Vəliyev yolu keçmək istəyərkən "Mercedes"markjalı avtomobilin sürücüsü tərəfindən vurulub. Hadisədən sonra  sürücü ərazidən qaçıb. Yaralı şagird ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Son xəbərlər

Orphus sistemi