Metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarını birləşdirən tuneldə tüstülənmə olub

Metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarını birləşdirən tuneldə tüstülənmə olub İki stansiya arasında hərəkət edən qatarların qrafikində bir neçə dəqiqə gecikmə qeydə alınıb
Hadisə
15 May , 2018 09:37
Metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarını birləşdirən tuneldə tüstülənmə olub
Report
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında hərəkət edən qatarların qrafikində bir neçə dəqiqə gecikmə qeydə alınıb. 

“Report” xəbər verir ki, “Xətai” stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.

Bu xəbərdarlıqdan sonra sərnişinlər arasında təşviş yaranıb və onlar vaqonları tərk etməyə başlayıblar.

Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Report”a açıqlamasında bildirib ki, gecikməyə səbəb adı çəkilən stansiyalar arasındakı tuneldə elektrik xətlərində yaranmış  qısaqapanma olub. Son nəticədə tuneldə tüstülənmə baş verib.

Son xəbərlər

Orphus sistemi