​Maştağa sakini qohumunu güllələyib

​Maştağa sakini qohumunu güllələyib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
11 İyun , 2016 12:30
​Maştağa sakini qohumunu güllələyib

Bakı. 11 iyun. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Cəmaləddin Əliyevin evində qohumu, Maştağa qəsəbə sakini Elçin Qənbərov münaqişə zəminində ona odlu silahdan atəş açaraq xəsarət yetirib.

“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, C.Əliyev xəstəxanaya yerləşdirilib.

E.Qənbərov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək təslim olub və kustar üsulla hazırlanmış tapançanı təhvil verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi