Kürdəmirdə traktor aşıb, iki uşaq xəsarət alıb

Kürdəmirdə traktor aşıb, iki uşaq xəsarət alıb Kürdəmir rayonunda traktor aşıb.
Hadisə
26 Avqust , 2019 20:02
Kürdəmirdə traktor aşıb, iki uşaq xəsarət alıb

Kürdəmir rayonunda traktor aşıb. 

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 2007-ci il təvəllüdlü Ömər Kamil oğlu Rüstəmli və 2009-cu il təvəllüdlü İlham Samir oğlu Rüstəmli babasının idarə etdiyi traktorda hərəkətdə olarkən nəqliyyat vasitəsi aşıb. Nəticədə uşaq müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi