Kafe müdirini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi baxışa təyin edilib

Kafe müdirini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi baxışa təyin edilib Bakı Ağır Cinayətlər Məhkəməsinə kafedə qətl törtməkdə təqsirləndirilən Əmrah Hüseynovun cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.
Hadisə
6 Sentyabr , 2019 12:26
Kafe müdirini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi baxışa təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsinə kafedə qətl törtməkdə təqsirləndirilən Əmrah Hüseynovun cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda işin məhkəmə baxışına təyin edilməsi ilə bağlı tərəflərin fikri soruşulub. Tərəflər etiraz etməyib və baxış iclası sentyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda, 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib.

Həmin kafenin icarədarı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Sadıqov Zahid Yaqub oğlunun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən, 1998-ci il təvəllüdlü Hüseynov Əmrah Xəyal oğlu tutularaq istintaqa cəlb edilib.

Məlumata görə, Ə.Hüseynov hadisədən əvvəl kafedə Z.Sadıqovla yemək yeyib və spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan tanışlar arasında mübahisə yaranıb və nəticədə Ə.Hüseynov kafenin icarədarını qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi