Hoteldə sevgilisini öldürən şəxs apellyasiya şikayəti verib

Hoteldə sevgilisini öldürən şəxs apellyasiya şikayəti verib Abşeron rayonunda hoteldə münasibətdə olduğu qadını öldürməkdə təqsirli bilinən Nəriman Əliyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.
Hadisə
16 Sentyabr , 2019 16:17
Hoteldə sevgilisini öldürən şəxs apellyasiya şikayəti verib

Abşeron rayonunda hoteldə münasibətdə olduğu qadını öldürməkdə təqsirli bilinən Nəriman Əliyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun icraatına verilən iş üzrə ilkin baxış iclası sentyabrın 20-də keçiriləcək.

Qeyd edək ki, N.Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən "Oskar" hotelində baş verib.

35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub.

Şübhəli şəxs ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.

N.Əliyev qaçsa da, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi