Bakının bəzi yollarında sürət həddi aşağı salınıb

Bakının bəzi yollarında sürət həddi aşağı salınıb Bakı. 21 fevral. REPORT.AZ/ Bakı şəhərinin bəzi yollarında sürət həddi aşağı salınıb.
Hadisə
21 Fevral , 2018 09:23
Bakının bəzi yollarında sürət həddi aşağı salınıb

Bakı. 21 fevral. REPORT.AZ/ Bakı şəhərinin bəzi yollarında sürət həddi aşağı salınıb.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumata görə, yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb. Eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə olunur ki, yollardakı sürət həddinə əməl etsinlər.

Son xəbərlər

Orphus sistemi