Bakıda sərxoş piyadanı naməlum avtomobil vurub

Bakıda sərxoş piyadanı naməlum avtomobil vurub Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb
Hadisə
20 Mart , 2017 09:35
Bakıda sərxoş piyadanı naməlum avtomobil vurub

Bakı. 20 mart. REPORT.AZ/ Bakıda kafedən sərxoş vəziyyətdə çıxan 35 yaşlı kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Sabunçu qəsəbəsində yerləşən "Emin" kafesindən çıxan 1982-ci il təvəllüdlü Ramin Murxuda oğlu Tosovu naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb. R.Tosov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, R.Tosovun sağ ayağı sınıb və o, əməliyyat olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi