Bakıda bıçaqlanan şəxs polisə yalan ifadə verib

Bakıda bıçaqlanan şəxs polisə yalan ifadə verib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
9 Avqust , 2017 12:47
Bakıda bıçaqlanan şəxs polisə yalan ifadə verib

Bakı. 9 avqust. REPORT.AZ/ Bakıda bıçaqlanan şəxs polisə yalan ifadə verib

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, avqustun 7-də Xətai rayonu Babək prospektinin ərazisindən Bakı şəhər sakini İsgəndər Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və xəsarəti yıxılması nəticəsində aldığını bildirib.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla İ.Mirzəyevlə paytaxt sakini Ağasəməd Abbasov arasında münaqişənin baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abbasov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi