Azərbaycanda bank kartlarından 700 min manat oğurlayan şəxsin məhkəməsi başlayır

Azərbaycanda bank kartlarından 700 min manat oğurlayan şəxsin məhkəməsi başlayır Oğurluqda və kibercinayətkarlıq yolu ilə bank kartlarından pul çıxarmaqda təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
13 Sentyabr , 2019 10:31
Azərbaycanda bank kartlarından 700 min manat oğurlayan şəxsin məhkəməsi başlayır

Oğurluqda və kibercinayətkarlıq yolu ilə bank kartlarından pul çıxarmaqda təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Qəniyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, S.Nəzərli ötən ilin dekabr ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçrdiyi əməliyyatla saxlanılıb. O, xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların müştərilərinə məxsus kartlardan külli miqdarda pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılmasında ittiham edilir. Saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.

Onun ümumilkdə 700 min manata yaxın məbləği oğurladığı məlum olub.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) masddələri ilə cinayət işi başlanılıb.

Bakı şəhər sakini Səddam Nəzərli əvvəllər də məhkum olunub. 

Son xəbərlər

Orphus sistemi