Abşeronda zeytunluq yanıb, zəhərlənən var

Abşeronda zeytunluq yanıb, zəhərlənən var Abşeron rayonunda zeytun bağında yanğın olub, bir nəfər zəhərlənib.
Hadisə
9 İyun , 2020 11:03
Abşeronda zeytunluq yanıb, zəhərlənən var
Report

Abşeron rayonunda zeytun bağında yanğın olub, bir nəfər zəhərlənib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.

Üzümlük yaşayış massivində Sədayət Xanlarova məxsus 3 hektar ərazidə əkilmiş zeytun bağı yanıb. Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub. 

Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülsə də, bağ tamamilə yanıb. Yanğın zamanı 3 mindən çox zeytun ağacı və damlama üsulu ilə quraşdırılan su boruları məhv olub.

Hadisə zamanı bağ sahibinin oğlu Emin Xanlarov tüstüdən zəhərlənib. O, Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi