"Şalke" Çalhanoğlu ilə 4 illik müqavilə imzaladı

"Şalke" Çalhanoğlu ilə 4 illik müqavilə imzaladı Almaniyanın Hoffenhaym klubunun futbolçusu Kerim Çalhanoğlu komandasını dəyişib.
Futbol
8 İyun , 2020 19:14
Şalke Çalhanoğlu ilə 4 illik müqavilə imzaladı

Almaniyanın "Hoffenhaym" klubunun futbolçusu Kerim Çalhanoğlu komandasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə 18 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram" səhifəsində paylaşım edib.

Türkiyəli oyunçu "Şalke"yə keçdiyini bildirib. O, Gelzenkirhen klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Hoffenhaym"ın yetirməsi olan Kerim Çalhanoğlu cari mövsüm Almaniyanın U-19 liqasında 18 oyunda meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda İtaliya "Milan"ında çıxış edən Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun əmisioğludur. 

Son xəbərlər

Orphus sistemi