Riçard Almeyda Qətərə aparılmayacaq

Riçard Almeyda Qətərə aparılmayacaq Braziliyalı futbolçu Azərbaycan millisinin düşərgəsindən ayrılıb
Futbol
7 Mart , 2017 10:06
Riçard Almeyda Qətərə aparılmayacaq

Bakı. 7 mart. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra düşərgədən ayrılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçinin yığmaya çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub. 

O, Qətər yığması ilə martın 9-da səfərdə keçiriləcək oyun üçün baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu. Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi