Ramin Əzizov: "Karyerasını bitirən idmançıya necə cəza verilə bilər?"

Ramin Əzizov: "Karyerasını bitirən idmançıya necə cəza verilə bilər?" "Mən AMADA-ya verdiyim ərizədə göstərmişəm ki, köhnə dopinq testlərinin nəticələrinə əsasən, cəza veriblər. Diskvalifikasiyadan əvvəl idman karyeramı başa vurmuşdum".
Futbol
13 Avqust , 2020 15:06
Ramin Əzizov: Karyerasını bitirən idmançıya necə cəza verilə bilər?
Ramin Əzizov

"Mən AMADA-ya verdiyim ərizədə göstərmişəm ki, köhnə dopinq testlərinin nəticələrinə əsasən, cəza veriblər. Diskvalifikasiyadan əvvəl idman karyeramı başa vurmuşdum". 

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən 2 illk cəzaya məruz qalan taekvondoçu Ramin Əzizov deyib. 

2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olan 32 yaşlı idmançı 2019-cu ildə ölkə çempionatının qalibi olduqdan sonra karyerasını başa vurduğunu bildirib.

80 kq çəki dərəcəsində çıxış etmiş taekvondoçu deyib ki, cəzadan əvvəl AMADA-da izahat yazıb: "AMADA-dan istəsəniz və ya onların göstərmək hüququ varsa, həmin izahatı təqdim edə bilərlər. Orada qeyd olunub ki, mənə cəza verilməmişdən əvvəl karyeramı başa vurmuşam. Bu səbəbdən hansısa addım atmağı düşünmürəm. Cəza izahatdan bir ay sonra olub. Mən onlara dedim ki, karyeramı bitirmişəm, bundan sonra da döyüşməyəcəyəm. Karyerasını başa vuran idmançıya necə cəza verilə bilər? Onu başa düşə bilmirəm". 

Qeyd edək ki, Ramin Əzizov 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. O, 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi