TAP-ın İtaliya üzrə yeni meneceri təyin olunub

TAP-ın İtaliya üzrə yeni meneceri təyin olunub Yeni menecer İtaliyanın infrastruktur sektorunda uzun illər icraçı direktor vəzifəsində çalışıb
Energetika
1 Aprel , 2016 14:18
TAP-ın İtaliya üzrə yeni meneceri təyin olunub

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin idarəçiliyi üçün yaradılan konsorsium İtaliya üzrə yeni menecer təyin edib.

"Report" xəbər verir ki, bu barədə "TAP AG" məlumat yayıb.

Yeni menecer Mişel Mario Elia (Michele Mario Elia) 2015-ci ilin iyun ayından bu vəzifədə olan Klara Rissonu (Clara Risso) əvəz edəcək.

Qeyd olunub ki, yeni menecer İtaliyanın infrastruktur sektorunda uzun illər icraçı direktor vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi