Yuxarı
    Bağlamaq

    TAP-ın İtaliya üzrə yeni meneceri təyin olunub

    Yeni menecer İtaliyanın infrastruktur sektorunda uzun illər icraçı direktor vəzifəsində çalışıb

    Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin idarəçiliyi üçün yaradılan konsorsium İtaliya üzrə yeni menecer təyin edib.

    "Report" xəbər verir ki, bu barədə "TAP AG" məlumat yayıb.

    Yeni menecer Mişel Mario Elia (Michele Mario Elia) 2015-ci ilin iyun ayından bu vəzifədə olan Klara Rissonu (Clara Risso) əvəz edəcək.

    Qeyd olunub ki, yeni menecer İtaliyanın infrastruktur sektorunda uzun illər icraçı direktor vəzifəsində çalışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi