Rusiya oktyabrda neft ixracını kəskin yüksəldib

Rusiya oktyabrda neft ixracını kəskin yüksəldib Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyada neft hasilatının həcmi bu ilin oktyabr ayında 46,23 mln. ton və ya 10,931 mln. barel/gün təşkil edib. 
Energetika
2 Noyabr , 2017 14:25
Rusiya oktyabrda neft ixracını kəskin yüksəldib

Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyada neft hasilatının həcmi bu ilin oktyabr ayında 46,23 mln. ton və ya 10,931 mln. barel/gün təşkil edib. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin Mərkəzi Dispetçer İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, oktyabr ayında hasilat sentyabrla müqayisədə 0,2% artıb, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 2,7% azalıb.

Oktyabr ayında Rusiya 24,377 mln. ton və ya 5,764 mln. barel/gün neft ixrac edib. Bu, sentyabr ayı ilə müqayisədə 9,6%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1% çoxdur. 

Son xəbərlər

Orphus sistemi