Azərbaycanda “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışına start verilir

Azərbaycanda “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışına start verilir Yarışa 44 komanda, 264 tələbə qatılacaq
Elm və təhsil
12 Noyabr , 2014 12:12
Azərbaycanda “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışına start verilir
Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışına start veriləcək. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə reallaşdırdığı layihə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği məqsədi daşıyır.

Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edəcək. Qeyd edək ki, hər ali məktəb bir komanda ilə təmsil olunacaq. Ümumilikdə, yarışa 44 komanda, 264 tələbə qatılacaq. 

Üç turdan ibarət yarışda səsləndiriləcək suallar Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi, Heydər Əliyev Muzeyindəki məlumat və eksponatlar, video və foto materiallar əsasında tərtib olunub.

Bilik yarışının yekunlarına görə, I, II və III yeri tutan komandalar mükafatlandırılacaqlar.

Son xəbərlər

Orphus sistemi