Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə reallaşdırdığı layihə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği məqsədi daşıyır.
Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edəcək. Qeyd edək ki, hər ali məktəb bir komanda ilə təmsil olunacaq. Ümumilikdə, yarışa 44 komanda, 264 tələbə qatılacaq.
Üç turdan ibarət yarışda səsləndiriləcək suallar Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi, Heydər Əliyev Muzeyindəki məlumat və eksponatlar, video və foto materiallar əsasında tərtib olunub.
Bilik yarışının yekunlarına görə, I, II və III yeri tutan komandalar mükafatlandırılacaqlar.