Aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat başlayıb

Aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat başlayıb Bakı. 15 mart. REPORT.AZ/ I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 15-də ikinci sınaq imtahanı keçiriləcək.
Elm və təhsil
15 Mart , 2018 10:00
Aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat başlayıb
Report

Bakı. 15 mart. REPORT.AZ/ I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 15-də ikinci sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

Sınaq imtahanına qeydiyyat bu gün saat 10:00-dan aprelin 11-i saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 18 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. 

İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”, “Sınaq imtahanının növü”, “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanında iştirak haqqı 20 AZN-dir.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Son xəbərlər

Orphus sistemi