Elmar Məmmədyarov Almaniya kanslerinin məsləhətçisi ilə görüşüb

Elmar Məmmədyarov Almaniya kanslerinin məsləhətçisi ilə görüşüb Bakı. 16 fevral. REPORT.AZ/ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federal Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhətçisi Yan Heker ilə görüşüb.
Qarabağ
16 Fevral , 2019 23:21
Elmar Məmmədyarov Almaniya kanslerinin məsləhətçisi ilə görüşüb

Bakı. 16 fevral. REPORT.AZ/ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federal Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhətçisi Yan Heker ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə tərəflər Almaniya və Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi apardılar və ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə bölgədə sülh və təhlükəsizliyə ən böyük maneə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.

Tərəflər, habelə qarşılıqlı maraq və narahatlıq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi