Azərbaycanın iki yunan-Roma güləşçisi "Bakı 2015"də finala yüksəlib

Azərbaycanın iki yunan-Roma güləşçisi "Bakı 2015"də finala yüksəlib Daha 1 pəhləvan isə bürünc medal uğrunda qüvvəsini sınayacaq
Avropa Oyunları
14 İyun , 2015 15:07
Azərbaycanın iki yunan-Roma güləşçisi Bakı 2015də finala yüksəlib

Bakı. 14 iyun. REPORT.AZ/ “Bakı 2015” I Avropa Oyunları çərçivəsində Azərbaycanın yunan-Roma güləşçilərindən 75 kq çəki dərəcəsində yarışan Elvin Mürsəliyev yarımfinalda Zurabi Datunaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. “Report”un xəbərinə görə, azərbaycanlı idmançı görüşdə 3:2 hesabı ilə qalib gələrək finala çıxıb. O, finalda Viktor Nemes (Serbiya) ilə qarşılaşacaq.

14:40

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanın yunan-Roma güləşçisi Həsən Əliyev finala yüksələ bilməyib. "Report"un məlumatına görə, Əliyev yarımfinalda məğlub olaraq bürünc medal uğrunda görüşdə iştirak şansı qazanıb.  

14:28.

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti " Bakı 2015" I Avropa Oyunlarında finala yüksəlib. "Report"un məlumatına görə, Şəriəti yarımfinalda Belarus güləşçisi Ioseb Çuqoşvilini 6:0 hesabı ilə məğlub edib. 

Onun finaldakı rəqibi türkiyəli Rıza Kayaalp olacaq. 

14:19

Bakı. 14 iyun. REPORT.AZ/ “ Bakı 2015” I Avropa Oyunları çərçivəsində Azərbaycanın yunan-Roma güləşçilərindən 75 kq çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev 1/4 finalda rusiyalı Çingiz Labazanovu 4:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. 

13:37

Bakı. 14 iyun. REPORT.AZ/ “ Bakı 2015” I Avropa Oyunları çərçivəsində Azərbaycanın yunan-Roma güləşçilərindən 130 kq çəki dərəcəsində yarışan Sabah Şəriəti 1/4 finalda Jakobi Kajaianı (Gürcüstan) 5:2 hesabı ilə məğlub edərək yarımfinala çıxıb. Ən azı bürünc medalı təmin edən Şəriətinin finala gedən yolda rəqibi belaruslu Yoseb Çuqoşvili olacaq. 

13:12

Bakı. 14 iyun. REPORT.AZ/ “ Bakı 2015” I Avropa Oyunları çərçivəsində Azərbaycanın yunan-Roma güləşçilərindən 66 kq çəki dərəcəsində yarışan Həsən Əliyev 1/4 finalda Mixail Siamionau (Belarus) ilə üz-üzə gəlib. “Report”un xəbərinə görə, azərbaycanlı idmançı görüşdə 3:0 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Onun növbəti rəqibi Ermənistan təmsilçisi Miqran Arutyunyan olacaq. 

Azərbaycanlı Sabah Şəriəti Mikola Kuçmini (Ukrayna) 8:0 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə çıxıb. Saman Təhmasibi isə 1/8 finalda uduzaraq mübarizəni dayandırıb. 

saat 12:00

Bakı. 14 iyun. REPORT.AZ/ Elvin Mürsəliyev İonel Puskasu (Rumıniya) məğlub edərək 1/4 finala çıxıb. 

saat 11:41

Bakı. 14 iyun. REPORT.AZ/ “ Bakı 2015” I Avropa Oyunları çərçivəsində Azərbaycanın yunan-Roma güləşçilərindən 85 kq çəki dərəcəsində yarışan Saman Təhmasibi 1/16 finalda Fabio Parisi (İtaliya) ilə üz-üzə gəlib. “Report”un xəbərinə görə, görüş 4:0 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb.

O, 1/8 finalda Ermənistan təmsilçisi Maksim Manukyanla görüşəcək.

Qeyd edək ki, bundan əvvəlki görüşlərdə Həsən Əliyev (66 kq) və Elvin Mürsəliyev (75 kq) qələbələr qazanıb.

saat 11:09

Bakı. 14 iyun. REPORT.AZ/ “ Bakı 2015” I Avropa Oyunları çərçivəsində 66, 75, 85 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparır. “Report”un xəbərinə görə, 75 kiloqram çəkidə güləşən Elvin Mürsəliyev 1/16 finalda Slovakiya təmsilçisi Riçard Riqo ilə üz-üzə gəlib.

Görüş 8:0 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb.

***

Azərbaycan yunan-Roma güləşçilərinin bütün nəticələri:

66 kq
1/16 final - Saçino Davitaia (GEO) - Həsən Əliyev 2:4
1/8 final - Daniel Janecic (CRO) - Həsən Əliyev 0:5
1/4 final - Mixail Siamionau (BLR) - Həsən Əliyev 0:3
1/2 final - Həsən Əliyev - Miqran Arutyunyan (ARM)
Bürünc medal görüşü - Həsən Əliyev

75 kq
1/16 final - Riçard Riqo (SVK) - Elvin Mürsəliyev 0:8
1/8 final - Elvin Mürsəliyev - Ionel Puskasu (ROU) 2*:2
1/4 final - Çingiz Labazanov (RUS) - Elvin Mürsəliyev 2:4
1/2 final - Elvin Mürsəliyev - Zurabi Datunaşvili (GEO) 3:2
FİNAL - Viktor Nemes (SRB) - Elvin Mürsəliyev

85 kq
1/16 final - Saman Təhmasibi - Fabio Parisi (ITA) 8:0
1/8 final - Maksim Manukyan (ARM) - Saman Təhmasibi 9:0

130 kq
1/8 final - Sabah Şəriəti - Mikola Kuçmii (UKR) 8:0
1/4 final - Jakobi Kajaia (GEO) - Sabah Şəriəti 2:5
1/2 final - Ioseb Çuqoşvili (BLR) - Sabah Şəriəti 0:6
FİNAL - Rıza Kayaalp (TUR) - Sabah Şəriəti 

Son xəbərlər

Orphus sistemi