​Xetaq Qazyumov: "Mən qələbəmi bütün Azərbaycana həsr edirəm"

​Xetaq Qazyumov: "Mən qələbəmi bütün Azərbaycana həsr edirəm" "Bizim məqsədimiz yalnız ən yüksək zirvəni fəth edərək qızıl medal qazanmaqdır"
Avropa Oyunları
18 İyun , 2015 14:09
​Xetaq Qazyumov: Mən qələbəmi bütün Azərbaycana həsr edirəm

Bakı. 18 iyun. REPORT.AZ/ " I Avropa Oyunları bizə olduqca güclü təəsürrat bağışlayıb və bu, Azərbaycan üçün böyük bir bayramdır".  Bunu "Report"a açıqlamasında Avropa Oyunlarının qızıl mükafatçısı Xetaq Qazyumov bildirib.

Onun sözlərinə görə, bu Oyunlarda iştirak etmək onun üçün böyük şərəfdir. Qazandığı qələbə haqqında danışan güləşçi qeyd edib ki, bu qələbəsini bütün Azərbaycana həsr edir.

X.Qazyumov gələcək planları ilə bağlı da danışıb. O, hazırda qarşıdan gələn dünya çempionatına hazırlıqlara başlamaq niyyətində olduğunu bildirib: "Əgər seçmə mərhələlərini keçsək, əzmlə mübarizə aparacağıq. Bizim məqsədimiz yalnız ən yüksək zirvəni fəth edərək qızıl medal qazanmaqdır. Biz maksimalistik"

Son xəbərlər

Orphus sistemi