Yuxarı

​Voleybol üzrə Türkiyə yığması "Bakı 2015" üçün heyətini açıqlayıb

Siyahıda 58 idmançı yer alıb

Bakı. 4 aprel. REPORT.AZ/ Türkiyənin kişilərdən ibarət voleybol komandasının "Bakı 2015" I Avropa Oyunları üçün heyəti məlum olub. "Report"un məlumatına görə, siyahıya 58 idmançının adı salınıb.

Lakin bu idmançıların hamısı Oyunlarda iştirak etməyəcək. Ümumi siyahı hazırlayan Türkiyə Voleybol Federasiyası tərəfindən siyahıya adı salınan idmançılar Avropa Oyunları, Dünya çempionatı cə CEV Avropa Liqasında çıxış edəcəklər.

Türkiyə yığması A qrupunda Azərbaycan, Serbiya, Polşa, Fransa və Finlandiya ilə mübarizə aparacaq.

Qeyd edək ki, voleybol yarışları 13 iyun tarixindən etibarən "Crystal Hall"da keçiriləcək və ümumilikdə 336 idmançı iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi