Yuxarı

​Voleybol üzrə İtaliya millisi "Bakı 2015" üçün heyətini açıqlayıb

Baş məşqçi oyunçu sayını mümkün qədər azaltmaq istədiyini bildirib

Bakı. 6 aprel. REPORT.AZ/ Voleybol üzrə kişilərdən ibarət İtaliya yığma komandasının "Bakı 2015" I Avropa Oyunları üçün heyəti açıqlanıb. "Report"un məlumatına görə, baş məşqçi Mauro Berruto Oyunlara 22 voleybolçu ilə qatılmağı qərara alıb.

Həmin ərəfədə voleybol üzrə Dünya Liqası keçiriləcəyindən baş məşqçi oyunçu sayını mümkün qədər azaltmaq istədiyini bildirib. O, siyahı tərtib olunarkən hər bir oyunçunun iştirak imkanı və milli komandada oynamaq istəyinin nəzərə alındığını deyib. M.Berruto bəzi idmançıların xidmətindən hər iki yarışda istifadə edəcək.

Artıq 6 idmançının adı yarışda iştirak üçün hər iki komandanın heyətinə əlavə olunub. Bunlar Elia Bossi, İakopo Botto, Yakopo Massari, Qabriele Nelli, Ciakomo Raffaelli və Luici Randatsodur. Komandanın iki aparıcı üzvü - Simone Parodi və Osmani Yuantorena isə hələlik klublarında oynadıqları üçün hansı yarışda iştirak edəcəkləri bilinmir.

Baş məşqçi "Bakı 2015"də çıxış edəcək komandaya bu voleybolçuların adını daxil edib: Fabio Balaso, Tomas Beretta, Luka Boroqonyo, Elia Bossi, İakopo Botto, Enriko Diamantini, Marko Falasçi, Miçele Fedritsi, Paskuale Qabriele, Marko İtso, Jakopo Massari, Daniele Matsone, Tisiano Matsone, Sebastiano Milan, Qabriele Nelli, Pier Paolo Partenio, Nikola Pesarezi, Alessandro Preyt, Ciakomo Raffaelli, Luici Randatso, Fabio Riççi, Luka Spirito.

Qeyd edək ki, I Avropa Oyunlarında voleybol yarışları 13 - 28 iyunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi