Yuxarı

​Vladimir Putin Bakıda Rusiya idmançıları ilə görüşüb

Rusiya prezidenti idmançılara Avropa Oyunlarında qələbə arzulayıb

Bakı. 14 İyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ötən gün Bakıda I Avropa Oyunlarında iştirak edən Rusiya yığma komandasının üzvləri ilə görüşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, dövlət başçısı idmançılara qələbə arzulayıb və onların təkcə kəmiyyətcə deyil, həm də keyfiyyətcə üstün olacaqlarına ümid etdiyini bildirib.

"Yolüstü sizə baş çəkdim. Ən böyük və mötəbər komanda bizdədir. Ümid edirəm ki, həm kəmiyyət, həm də keyfiyyət baxımından üstün olacaqsınız", - Vladimir Putin bildirib.

O, Rusiya yığmasına uğur və müvəffəqiyyət arzu edib.

Öz növbəsində, Rusiya yığmasının üzvləri prezidentə I Avropa Oyunlarının xatirə medalını və komandanın formasını təqdim ediblər.

Səmimi söhbətdən sonra idmançılar Putin ilə xatirə fotosu çəkdiriblər. Prezident, həmçinin Oyunlarda işləyən könüllülərlə də şəkil çəkdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi