Yuxarı

​Viktor Lebedev: "Azərbaycan, Bakı şəhəri və onun sakinləri çox xoşuma gəlib"

Burada çox yaxşı aura duyulur

Bakı. 23 iyun. REPORT.AZ/ "Azərbaycan, Bakı şəhərinin özü və onun sakinləri çox xoşuma gəldi və buranın gözəl aurası var."

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Yakutiyada baş tutan konfransda çıxış edən idmanın sərbəst güləş növü üzrə 57 kq çəki dərəcəsində I Avropa Oyunlarının qalibi Viktor Lebedev bildirib.

"Mən Olimpiya Oyunlarında olmamışam, lakin orada iştirak edən komanda yoldaşlarım deyirlər ki, azərbaycanlılar bu Oyunları hətta bəzən oradakından da yaxşı səviyyədə təşkil edə biliblər", - Viktor Lebedev deyib.

Onun sözlərinə görə, Bakıda ilk Avropa Oyunları çərçivəsində baş tutan sərbəst güləş üzrə yarışlara tamaşaçılar arasında böyük maraq var idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi