Bakı. 28 iyun. REPORT.AZ/ "Düşünürəm ki, Rusiya idmançılarını göstərdikləri böyük nəticə ilə əlaqədar təbrik etmək olar". "Report"un məlumatına görə, bunu Avropa Olimpiya Komitələri (AOK) Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralos deyib.
Yunanıstanlı funksioner bildirib ki, bu nəticə Rusiya idmanının inkişafını və komandada bir çox gənc idmançıların yetişdiyini göstərir.
S.Kapralosun fikrincə, Azərbaycan da medal baxımından gözəl nəticələr göstərib və qeyri-rəsmi komanda hesabında ikinci yeri tutduğuna görə təbrikə layiqdir. O, həmçinin əlavə edib ki, ev sahibliyi edən ölkə azarkeş dəstəyi baxımından həmişə üstünlüyə malik olur.
Qeyd edək ki, "