Yuxarı
    Bağlamaq

    Səfir: "İkinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycandan məsləhətlər alırıq"

    © Report/ Firi Salim

    Bakı. 27 dekabr. REPORT.AZ/ "Belarus II Avropa Oyunlarının keçirilməsi məsələsində dəstək və məsləhətlərinə görə Azərbaycana minnətdardır".

    “Report” xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransı zamanı deyib.

    “İyun ayının ikinci yarısında Belarusda keçiriləcək İkinci Avropa Oyunlarına azərbaycanlı dostlarımızı böyük məmnuniyyətlə gözləyirik. Xatırladıram ki, birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçirilərək idman, sülh, dostluq bayramına çevrilmişdi. Bütün bu dəyərləri Belarus torpağına da gətirmək istəyirik. Həmin idman tədbirinin keçirilməsi məsələsində dəstək və məsləhətlərinə görə Azərbaycandakı dostlarımıza minnətdarıq”, – səfir vurğulayıb.

    Turizm sahəsindəki əlaqələrə toxunan diplomat Belarus vətəndaşlarının turizm və başqa məqsədlərlə səfər etdikləri ölkələr arasında Azərbaycanın beşinci yer tutduğunu diqqətə çatdırıb.

    “Bu gün belaruslular Azərbaycanı özlərinə ikinci ev bilirlər, ölkənizə turist axını ildən-ilə artır”, – o söyləyib.

    Təhsil əlaqələrindən danışan G.Axramoviç Belarusun nüfuzlu ali təhsil ocaqlarında Azərbaycandan yüzlərlə tələbənin təhsil aldığını qeyd edib: “Bu gün Azərbaycanın daha çox ehtiyac duyduğu kadrlar hazırlamaq niyyətindəyik. Bu sırada sənaye koperasiyası, səhiyyə, əczaçılıq, İT sahələri var. Biz bir-birimizi qarşılıqlı dəstəkləməklə güclü ola bilərik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi