Saymon Kleqq: "I Avropa Oyunlarının keyfiyyətli təşkil olunduğunu heç kəs şübhə altına ala bilməz"

Saymon Kleqq: "I Avropa Oyunlarının keyfiyyətli təşkil olunduğunu heç kəs şübhə altına ala bilməz" "Avropa Olimpiya Komitəsi hər şeydən həddindən artıq məmnundur"
Avropa Oyunları
24 İyun , 2015 11:44
Saymon Kleqq: I Avropa Oyunlarının keyfiyyətli təşkil olunduğunu heç kəs şübhə altına ala bilməz

Bakı. 24 iyun. REPORT.AZ/ "Əvvəllər qeyd etdiyim kimi, BEGOC-un əsas işi idman yarışlarını keyfiyyətli təşkil etməkdir. Hamı bunun şahididir və heç kəs də bunu şübhə altına ala bilməz". "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq iyunun 24-də keçirdiyi mətbuat konfransında "Report"un sualına cavab olaraq belə deyib. 

Xarici mətbuatda və bir sıra ölkələrdə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarına qarşı aparılan qərəzli kampaniya barədə sualı cavablandıran baş direktor bildirib ki, Oyunların dünya səviyyəli idman yarışları formasında keçirilməsi üçün hamı əlindən gələni edir: "Yarışlar hələ 5 gün davam edəcək. Sözsüz ki, idmandan kənar məsələlərə vaxt ayırmamalıyıq, yarışlardan yayınmamalıyıq. Bütün idmançılar buradakı təcrübə ilə bağlı çox müsbət rəylərini bildirir. Avropa Olimpiya Komitəsi hər şeydən həddindən artıq məmnundur. Təşkilat Komitəsi olaraq işimiz idmana fokuslanmaq və ən yaxşı yarışlar təşkil etməkdir".

Son xəbərlər

Orphus sistemi