Yuxarı

Saymon Kleqq: "Bakı 2015"in bağlanışı çox baxımlı və yaraşıqlı mərasim olacaq"

Bağlanış mərasimində karnavala bənzər ab-hava gözləmək olar

Bakı. 23 iyun. REPORT.AZ/ "Bağlanış mərasimləri ənənəvi olaraq hər zaman açılış mərasimlərindən fərqlənir. Sözsüz ki, bu Azərbaycanda da belə olacaq". "Report" xəbər verir ki, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq mətbuat konfransında deyib.

O bildirib ki, bağlanış mərasimində karnavala bənzər ab-hava gözləmək olar: "Stadionda olan insanlarla bərabər, bulvarda olanlar da mərasimdən böyük zövq alacaqlar. Atəşfəşanlıq və digər tədbirlər insanlara xoş təəssürat bağışlayacaq. Bağlanış mərasimi ilə bağlı hansısa detalları açıqlaya bilmərəm. Çünki bunu məxfi saxlayırıq. Açılış mərasimində də belə etmişdik. Lakin deyə bilərəm ki, çox baxımlı və yaraşıqlı mərasim olacaq. Təbii ki, bağlanış mərasiminin axarı açılış mərasimindən fərqli olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi