Yuxarı

Polşanın idman və turizm naziri Azərbaycana səfər edəcək

I Avropa oyunlarında 200-ə yaxın polşalı idmançı iştirak edəcək

Bakı. 4 may. REPORT.AZ/ Polşanın idman və turizm naziri Ancey Bernat (Andrzej Biernat) iyunun 12-də Bakıdakı I Avropa oyunlarının açılış mərasimində iştirak edəcək. 

Bu barədə "Report"a Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər. 

Səfirlikdən verilən məlumata əsasən, I Avropa oyunlarında 200-ə yaxın polşalı idmançı iştirak edəcək.

Xatırladaq ki, "Bakı-2015" I Avropa oyunları iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək. Oyunlarda 49 ölkədən 6000-ə yaxın idmançı iştirak edəcək və onlar 20 idman növündə medal uğrunda mübarizə aparacaqlar. Yarışlar Bakıda və Mingəçevirdə keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi